Nokia Lumia 625 - Mübadilə ActiveSync

background image

Mübadilə ActiveSync
Siz kompüteriniz arxasında oturuub və ya telefonunuzla gəzəndə əldə sizin iş poçtunuza, əlaqələrinizə

və təqviminizə malik olmağı istəyərdiniz? Siz telefonunuz və Microsoft Exchange serveri aralarında

vacib məzmunu sinxronlaşdıra bilərsiniz.
Yalnız əgər sizin şirkət Microsoft Exchange serverinə malikdirsə Exchange ActiveSync-i qurula bilər.

Bundan əlavə, sizin şirkətin IT administratoru sizin hesabınız üçün Microsoft Exchange ActiveSync-i

aktivləşdirməlidir.
Quraşdırmanı başlamadan əvvəl əmin olun ki, siz aşağıdakılara maliksiniz:
• Korporativ e-poçt ünvanı
• Sizin Exchange server adınız (sizin şirkət IT şöbənizə müraciət edin)
• Sizin şəbəkə domeyn adınız (sizin şirkət IT şöbənizə müraciət edin)
• Sizin ofis şəbəkənizin parolu
Exchange server konfiqurasiyasından asılı olaraq, sizdən quraşdırılma zamanı əlavə informasiya

yığmaq lazım ola bilər. Əgər düzgün məlumatı bilmirsinizsə sizin şirkət IT şöbənizə müraciət edin.
Quraşdırılma ərzində, siz müəyyən edə bilərsiniz ki, neçə müddətdən bir sizin telefonunuzu server ilə

məzmun sinxronlaşdırmaq istəyirsiniz. Hesab sinxronlaşdırılması quraşdırılanda yalnız məzmun

müəyyən edilir. Əlavə məzmunu sinxronlaşdırmaq üçün, Exchange ActiveSync hesab parametrlərini

dəyişdirin.
Exchange ActiveSync ilə kilid kodundan istifadə etmək üçün məcburi ola bilər.