Şəkilləri və sənədləri cihazlar arasında paylaşmaq
SkyDrive ilə siz şəkillərinizə, sənədlərinizə və cihazlarınızdan yüklədiyiniz digər məzmuna asanlıqla
daxil ola bilərsiniz.
Telefonunuzda, planşet və ya kompüterinizdə saxlanmış şəkillər, sənədlər və ya digər məzmunu
SkyDrive-da yükləmək üçün Microsoft hesabınız ilə daxil olmalısınız. Başqa cihazdan yüklənmiş
məzmuna daxil olmaq üçün həmin məzmunu yüklədiyiniz zaman istifadə etdiyiniz Microsoft hesabı
ilə daxil olmalısınız.
Məzmunu yükləmək və ya endirmək üçün sizə İnternet bağlantısı lazımdır. Məlumat ötürülməsi üzrə
tarif planınız yoxdursa, məlumat ötürülməsi üzrə xərclər sürətlə arta bilər. Mümkün məlumat
qiymətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.
SkyDrive-da sənədlərinizi saxlamaq üçün bir neçə yer mövcuddur. Telefonunuzda şəkil və
videolarınıza Şəkillər mərkəzində baxa və ya Office mərkəzində Office sənədlərini aça bilərsiniz. Siz
həmçinin SkyDrive proqramını Mağazadan yükləyərək telefonunuzda bütün fayl növlərinə baxa və
onları idarə edə bilərsiniz.
Planşet və ya kompüterinizdə www.skydrive.com ünvanında məzmununuzu idarə edə və ya SkyDrive
proqramından istifadə edərək SkyDrive-a birbaşa iş masanızdan daxil ola bilərsiniz. Əgər sizdə
SkyDrive proqramı quraşdırılmayıbsa, onu www.skydrive.com ünvanından yükləyib quraşdıra
bilərsiniz.
İşarə:Kompüterinizdə olan SkyDrive proqramı ilə siz yükləmək istədiyiniz faylları, məsələn,
Windows Explorer və ya Finder-də fayl menecerində asanlıqla SkyDrive-a qovluğuna çəkərək
gətirə bilərsiniz və fayllar avtomatik olaraq SkyDrive-a yüklənir.