SIM kartını daxil etmək
SIM kartın telefonunuza necə daxil edilməsini öyrənin.
Mühüm: Bu cihaz yalnız mini-UICC SIM kart ilə (həmçinin mikro-SIM kart kimi də tanınır) istifadə
üçün nəzərdə tutulub. Mikro-SIM kart standart SIM kartdan kiçikdir. Uyğun olmayan SIM
kartlardan və ya SIM kart adapterlərindən istifadə karta və ya cihaza zərər vura bilər və kartda
saxlanmış məlumatları korlaya bilər.
Qeyd: Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri və hər hansı digər cihazı elektrik
enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə
verilən qapaqla saxlayın və istifadə edin.
Telefonun sönülü olduğunu yoxlayın.
1. Barmağınızı Mikro-USB birləșdiricisinin dəliyə qoyun və arxa qapağı əyib açın və götürün.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
8
2. SIM kartın kontakt sahəsinin üzü așağı olduğunu yoxlayın və SIM kartı SIM kart oyuğuna salın.
3. Arxa qapağın yuxarı kənarını telefonun yuxarı kənarına tərəf basın və qapağı yerinə yerləșdirin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
9