
Yaddaș kartını daxil etmək
Yaddaș kartın telefonunuza necə daxil edilməsini öyrənin.
Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan
yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan
məlumat pozula bilər.
Telefonunuz həcmi 64 GB-a qədər olan yaddaș kartlarını dəstəkləyir.
Qeyd: Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri və hər hansı digər cihazı elektrik
enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə
verilən qapaqla saxlayın və istifadə edin.
1. Barmağınızı Mikro-USB birləșdiricisinin dəliyə qoyun və arxa qapağı əyib açın və götürün.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
10

2. Kontakt sahəsinin üzü așağı olduğunu yoxlayın və yaddaș kartı yerində kilidlənə qədər onu yaddaș
kartının oyuğuna salın.
3. Arxa qapağın yuxarı kənarını telefonunuzun yuxarı kənarına tərəf basın və qapağı yerinə yerləșdirin.