Batareya və adapter məlumatı
Cihazınız daxili, stasionar, təkrar doldurulan batareya ilə təchiz edilmișdir. Batareyanı ayırmağa cəhd etməyin, çünki cihazı
zədələyə bilərsiniz. Batareyanın dəyișdirilməsi üçün onu yaxınlıqda yerləșən səlahiyyətli xidmət mərkəzinə aparın.
Cihazınızı AC-20 adapteri ilə doldurun. Adapterin ștepsel növləri dəyișə bilər.
IEC/EN 62684 ilə müvafiq olan və cihazınızın mikro-USB məlumat portuna qoșula bilən üçüncü tərəflərə məxsus adapterlər də
bu cihazla uyğun gələ bilər.
Nokia bu cihaza uyğun əlavə batareya və ya adapter modelləri düzəldə bilər.
Batareya dəfələrlə doldurula və boșaldıla bilər, lakin vaxt keçdikcə batareya köhnəlir. Danıșmaq və gözləmə rejimlərinin vaxtı
normal vaxtdan qısadırsa, batareyanı dəyișin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
117