Giriş kodları
Telefonunuzda olan müxtəlif kodların nə üçün olması maraqlıdır?
PIN kodu
(4-8 rəqəm)
Bu, SIM kartınızı icazəsiz istifadədən qorumaq və
ya bəzi xüsusiyyətlərə daxil olmaq üçün tələb
olunur.
Siz telefonu yandırdıqda PIN kodun tələb
olunmasını təyin edə bilərsiniz.
Kartınızla birlikdə təmin edilməyibsə və ya
kodunuzu unutmusunuzsa, şəbəkə xidməti
təminatçınızla əlaqə saxlayın.
Ardıcıl olaraq üç dəfə kodunuzu səhv daxil
etsəniz, PUK kodu ilə telefonu blokdan
çıxartmalısınız.
PUK
Bu PIN kodunu blokdan çıxartmaq üçün tələb
olunur.
SIM kartınızla birlikdə təmin edilməyibsə, şəbəkə
xidməti təminatçınızla əlaqə saxlayın.
Təhlükəsizlik kodu (kilid kodu, parol)
(minimum 4 rəqəm)
Bu, telefonunuzu icazəsiz istifadədən qorumağa
kömək edir.
Siz telefonu yandırdıqda seçdiyiniz kilid kodunun
tələb olunmasını təyin edə bilərsiniz.
Kodu gizli yerdə və telefondan ayrı saxlayın.
Kodu unutsanız və telefonunuz kilidlənərsə,
telefonunuzu texniki xidmətə aparmaq tələb
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
111
olunacaq. Əlavə xərclər tələb oluna və
telefonunuzda olan şəxsi məlumatlar silinə bilər.
Ətraflı məlumat almaq üçün Nokia Care və ya
telefon dilerinizlə əlaqə saxlayın.
IMEI
Şəbəkədə olan etibarlı telefonları təyin etmək
üçün istifadə edilir. Bu nömrədən həmçinin,
məsələn, oğurlanmış telefonları bloklamaq üçün
də istifadə etmək olar. Siz bu nömrəni Nokia Care
xidmətlərinə təqdim etməli ola bilərsiniz.
IMEI nömrənizə baxmaq üçün *#06# yığın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
112