Nokia Lumia 625 - Telefonun avtomatik kilidlənməsini qurmaq

background image

Telefonun avtomatik kilidlənməsini qurmaq
Telefonunuzu icazəsiz istifadədən qorumaq istəyirsiniz? Təhlükəsizlik kodunu təyin edin və

telefondan istifadə etmədikdə onun avtomatik kilidlənməsini təyin edin.
1. Başlanğıc ekranında sola sürüşdürün və vurun: Parametrlər > Kilid ekranı.

2. Parol seçimini Aktiv

təyin edin və təhlükəsizlik kodunu (ən azı 4 rəqəm) daxil edin.

3. Sonra parol tələb et vurun və telefonun avtomatik kilidlənməsi üçün lazım olan vaxtı daxil edin.
Təhlükəsizlik kodunu gizli yerdə və telefondan ayrı saxlayın. Təhlükəsizlik kodunu unutsanız və onu

bərpa edə bilməsəniz və ya kodu bir neçə dəfə səhv daxil etsəniz, telefonunuzu texniki baxışa

aparmanız tələb olunacaq. Əlavə xərclər tələb oluna və telefonunuzda olan şəxsi məlumatlar silinə

bilər. Ətraflı məlumat almaq üçün Nokia Care və ya telefon dilerinizlə əlaqə saxlayın.
Telefonun kilidini açmaq

İşəsalma düyməsini basın, kilid ekranını yuxarı sürüşdürün və təhlükəsizlik kodunu daxil edin.