Avtomobili gediləcək yerə sürmək
İdarəetmə üçün optimallaşdırılmış istiqamətlərin hər döngə üzrə təyini ilə HERE Drive getdiyiniz yerə
asanlıqla çatmanıza kömək edir.
Vurun: HERE Drive.
Bütün yerli qanunlara riayət edin. Avtomobil sürərkən mobil telefondan və ya onun hər hansı
funksiyalarından istifadə qadağan edilə bilər. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş
saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.
1. Ekranın aşağısından yuxarısına doğru sürüşdürün və Təy. nöqt. təyin et vurub gediləcək yeri axtarın.
2. Gediləcək yerə vurun.
3. Bərə və tunellərdən və ya müəyyən yollardan, məsələn, döşənməmiş yollardan çəkinmək
istəyirsinizsə, marşrut seçimləri alət panelinə vurun və yol növlərini aktiv və ya qeyri-aktiv edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
80
İşarə:Naviqasiya zamanı yol növlərini dəyişmək üçün ekranın aşağısından yuxarısına doğru
sürüşdürün və Parametrlər > Marşrut param-ləri vurun.
4. Naviqasiyaya başlamaq üçün Başla vurun.
Susmaya görə xəritə sizin idarəetmə istiqamətinizdə fırlanır və kompas şimalı göstərir. Xəritədə
şimala baxmaq, məsələn, marşrutun ümumi görünüşünü əldə etmək üçün > Şimala doğru vurun.
İşarə:Naviqasiya zamanı qalan marşruta baxmaq istəyirsinizsə, barmağınızla xəritəni çəkə
bilərsiniz. Cari yerə qayıtmaq üçün vurun.
İşarə:Hazırda olduğunuz yerin ətrafındakı nəqliyyatın vəziyyətinə baxmaq üçün vurun.
Naviqasiya görünüşünə geri qayıtmaq üçün vurun.
5. Naviqasiyanı dayandırmaq üçün ekranın aşağısından yuxarısına doğru sürüşdürün və Naviqas.
dayandır vurun.